Avropa Komissiyası: Azərbaycan Aİ-nin güvənilir və etibarlı enerji tərəfdaşına çevrilib

Avropa Komissiyası: Azərbaycan Aİ-nin güvənilir və etibarlı enerji tərəfdaşına çevrilib
# 31 may 2023 11:49 (UTC +04:00)

“Mən Avropa İttifaqı üçün vacib olan Bakı Enerji Həftəsinə dəvətiniz üçün Avropa komissarı və öz adımdan təşəkkür edirəm. Ötən ilin iyul ayında Avropa Komissiyasının prezidenti enerji sahəsində strateji tərəfdaşlıqla bağlı anlaşma memorandumunu imzalamaq üçün Bakıya səfər etdi. Bu ilin fevralında Aİ-nin enerji komissarı Cənub Qaz Dəhlizi Məşvərət Şurasında iştirak etmək üçün Azərbaycana səfər etdi. Bu ayın əvvəlində isə Azərbaycanın energetika naziri Pərviz Şahbazov Brüsselə səfər etdi. Brüsseldə Azərbaycanla Aİ arasında yüksək səviyyədə enerji dialoqu baş tutdu”.

APA xəbər verir ki, bunu Avropa Komissiyasının Enerji Platforması İşçi Qrupunun direktoru Kristina Lobillo Bakı Enerji Həftəsində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, 2020-ci ildən etibarən Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazı Avropaya ötürüldü.

“Azərbaycan artıq Avropa İttifaqının güvənilir və etibarlı, eyni zamanda vacib enerji tərəfdaşına çevrilib. Ötən ilin əvvəlindən Rusiyanın Ukraynaya təcavüzkar hücumu və enerji ticarətini silah kim istifadə etməsi bizim enerji bazarımızı ciddi şəkildə dəyişib. Avropanın enerji sisteminə ciddi təsir edib. Ötən il ərzində Aİ yaranmış enerji böhranı çərçivəsində mühüm addımlar atıb. Biz Rusiya qazından asılılığı əhəmiyyətli dərəcədə azaltdıq. Aİ-nin üzləşdiyi bu çətin zamanlarda Azərbaycan Avropanın enerji bazarına qaz ixracını 40%-ə qədər artırdı. Bu, bizi enerji böhranının ən ağır forması ilə üzləşməkdən xilas etdi. Həmçinin bizə imkan verdi ki, Rusiya resurslarından uzaqlaşaraq yeni resurslara üz tutaq. Biz Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya ötürüləcək qazın həcminin artırılmasını yüksək qiymətləndiririk. Avropa daxilində biz yeni infrastruktur formalaşdırırıq ki, bu qaz istifadəçilərinə çatsın. Biz həmçinin, Cənubi Qafqazdan Avropaya enerji ötürülməsi ilə bağlı yaşıl enerji sahəsində əməkdaşlıq etməyə başlamışıq. Qara dəniz üzərindən enerjinin ötürülməsi Aİ-nin Şərq tərəfdaşlığı üzrə iqtisadi və investisiya planında öncül layihə kimi tanınıb. Bu layihəni reallaşdırmaq üçün böyük potensial, yaxşı əməkdaşlıq ruhu və bütün tərəflərdə böyük maraq var. Biz Aİ olaraq Azərbaycanla hər iki tərəfin enerji təhlükəsizliyi istiqamətində işləməyə sadiq qalırıq. Biz Azərbaycanla uzunmüddətli enerji tərəfdaşlığımızı, enerji dayanıqlılığımıza və bərpa olunan enerji ambisiyalarımıza töhfə olaraq görürük. Biz Azərbaycan və beynəlxalq tərəfdaşlarla enerji keçidini sürətləndirməyə hazırıq”, - deyə Kristina Lobillo əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR