Avropa Parlamentində Avropa İttifaqı (Aİ) qonşuluğunda minalarla mübarizəyə dair tədbir təşkil edilib.
APA xəbər verir ki, bu barədə Azərbaycanın Avropa İttifaqındakı nümayəndəliyi məlumat yayıb.
Bildirilib ki, tədbirin məqsədlərindən biri Azərbaycanla Bosniya və Herseqovina nümunəsində mövcud təhlükənin miqyasının araşdırılması olub.