Avropa Şurası Azərbaycanla Ermənistan arasında yüksək səviyyədə dialoqu alqışlayır

Mariya Peyçinoviç-Buriç

© APA | Mariya Peyçinoviç-Buriç

# 17 iyun 2022 16:01 (UTC +04:00)

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç-Buriç Azərbaycanla Ermənistan arasında yüksək səviyyədə dialoqu alqışlayır.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, o, bu barədə İrəvanda Ermənistan XİN başçısı Ararat Mirzoyanla birgə keçirilən brifinqdə deyib.

O, tərəflərin anlayış və barış əldə etməli olduğunu qeyd edib.

Mariya Peyçinoviç-Buriç Avropa Şurasının bu istiqamətdə bütün təşəbbüsləri dəstəklədiyini əlavə edib:

“Məni Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən bir sıra görüşlər, həmçinin, sərhədlərin delimitasiyası üçün yaradılmış komissiya ilə bağlı açıqlamalar ümidləndirir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR