Avropa Şurasının Baş katibi Azərbaycan və Ermənistanı dialoqa çağırıb

Avropa Şurasının Baş katibi Azərbaycan və Ermənistanı dialoqa çağırıb
# 13 sentyabr 2022 16:31 (UTC +04:00)

Avropa Şurasının Baş katibi Mariya Peyçinoviç Buriç Azərbaycan-Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat verib.

APA-nın Britaniya bürosu xəbər verir ki, o, iki ölkə sərhədi boyunca döyüşlərin şiddətlənməsi ilə bağlı xəbərlərdən narahatlığını ifadə edib.

Mariya Peyçinoviç Buriç qeyd edib ki, Avropa Şurasına üzv dövlətlər arasında fikir ayrılıqları danışıqlar və sülh yolu ilə həll edilməlidir:

“Hər iki ölkənin ali hakimiyyət orqanları arasında son zamanlar birbaşa təmaslar ümidverici idi və bu, davam etdirilməlidir. Avropa Şurasına daxil olarkən Azərbaycan və Ermənistan münaqişəni sülh yolu ilə həll etmək öhdəliyi götürüblər. Bu öhdəliyə hörmət edilməlidir. Avropa Şurası sülh yolu ilə nizamlanmaya nail olmağa töhfə verən barışıq səylərinə kömək etməyə hazırdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR