Azərbaycan 21 məhbusu İrana ekstradisiya edib

Azərbaycan 21 məhbusu İrana ekstradisiya edib
# 19 yanvar 2022 11:01 (UTC +04:00)

Azərbaycan 21 iranlı məhbusu ölkəsinə ekstradisiya edib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın baş prokurorunun hüquq və beynəlxalq məsələlər üzrə müavini Mahmud Abbasi bildirib.

O qeyd edib ki, Azərbaycandakı iranlı məhbusların əksəriyyəti narkotik maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar məhkum edilib.

M. Abbasi vurğulayıb ki, bu məhkumlardan bəziləri Azərbaycanda 11 il müddətində həbsdə olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR