Azərbaycan BMT-yə hesabat təqdim edəcək

Azərbaycan BMT-yə hesabat təqdim edəcək
# 23 may 2022 12:20 (UTC +04:00)

Elektron məhkəmə sisteminin, Mediasiya Şurasının yaradılması çox böyük əhəmiyyət kəsb edir.

APA xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı ofisinin müşaviri Şəms Mustafayeva “Dayanıqlı inkişaf üçün ədalətli, sülhsevər və açıq cəmiyyətləri təşviq etmək” mövzusunda keçirilən ictimai müzakirədə deyib.

O bildirib ki, əhalinin ən həssas qruplarının hüquqlarının qorunması, onların ədalətə olan çıxışı çox önəmlidir, BMT-i üçün əsasdır: “BMT və Azərbaycan tərəfindən 2021-2025-ci illər bağlı saziş mərhələli şəkildə həyata keçirilir”.

Onun sözlərinə görə, qeyri-hökumət təşkilatları və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə sıx əməkdaşlıq edirlər, yaxın vaxtlarda isə Agentliklə memorandum imzalanacaq.

Şəms Mustafayeva qeyd edib ki, həmçinin Azərbaycan hökuməti Dayanıqlı İnkişaf Məqsədlərinə böyük önəm verir: “İndiyə qədər Azərbaycan hökuməti hesabatlar verib. Bu yaxınlarda Azərbaycan hökuməti yeni hesabatını BMT-yə təqdim etməyə hazırlaşır. Bu da onu göstərir ki, Azərbaycan hökumətinin Dayanıqlı İnkişafa inamı çox möhkəmdir. Hökumət məsələni çox ciddi qəbul edir. Düşünürəm ki, 2030-cu ilə qədər Azərbaycan bu məsələlərdə dünyada ən qabaqcıl ölkələrdən olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR