Azərbaycan deputatları Kambocada seçkiləri müşahidə edəcəklər

Milli Məclis

© APA | Milli Məclis

# 01 iyun 2022 16:19 (UTC +04:00)

Milli Məclisin deputatları Ramin Məmmədov və Soltan Məmmədov Kamboca Krallığında keçiriləcək bələdiyyə seçkilərində müşahidəçi qismində iştirak etmək üçün iyunun 2-də bu ölkənin paytaxtı Pnompen şəhərinə səfər edəcəklər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, millət vəkilləri seçkiləri izləmək üçün Kamboca Krallığının parlamenti tərəfindən dəvət alıblar.

Deputatlarımız bir sıra seçki məntəqələrinə gedərək buradakı şəraitlə tanış olacaq, prosesin gedişatını və seçicilərin fəallığını izləyəcəklər.

Səfər iyunun 8-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR