Azərbaycan-Ermənistan delimitasiya üzrə komissiyaların görüşü Moskvada keçiriləcək - YENİLƏNİB - VİDEO

Azərbaycan-Ermənistan delimitasiya üzrə komissiyaların görüşü Moskvada keçiriləcək - YENİLƏNİB  - VİDEO
# 12 may 2022 17:04 (UTC +04:00)

Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası və təhlükəsizliyi ilə bağlı komissiyaların iclasının gələn həftə Moskvada keçirilməsi planlaşdırılır.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN başçısı Ararat Mirzoyan deyib.

“Sizi məlumatlandırmaq istərdim ki, azərbaycanlı həmkarımla delimitasiya və sərhəd təhlükəsizliyi komissiyasının yaradılması mövzusunda danışmışıq. Və deyəsən, Aleksey Overçukla (Rusiya Baş nazirinin müavini) kommunikasiyalarla bağlı 16-17 mayda Moskvada görüş keçiriləcəyinə dair razılıq var. Həmçinin, Moskvada həmin günlərdə delimitasiya və sərhəd təhlükəsizliyi ilə bağlı ikitərəfli görüşün keçirilməsi təşkil olunacaq”, - Mirzoyan vurğulayıb.

***

16:44

Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların görüşü 16-17 may tarixlərinə planlaşdırılır.

APA xəbər verir ki, bu barədə TASS Ermənistan Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, görüş Moskvada baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR