Azərbaycan Ermənistan hərbçisini qaytarıb - VİDEO

Azərbaycan Ermənistan hərbçisini qaytarıb - VİDEO
# 26 may 2022 14:11 (UTC +04:00)

Bu il aprelin 23-də Zəngilan rayonu ərazisində Azərbaycan sərhədçiləri tərəfindən saxlanılan Ermənistan ordusunun əsgəri Eduard Arturoviç Martirosov qarşı tərəfə təhvil verilib.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mayın 22-də Brüsseldə üçtərəfli görüş zamanı əldə edilmiş razılaşmaya uyğun olaraq və Rusiya sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkovun vasitəçiliyi ilə Eduard Martirosov mayın 26-da erməni tərəfinə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR