Azərbaycan Ermənistanla delimitasiya üzrə ikitərəfli komissiyaya Baş nazirin müavininin rəhbərlik etməsini təklif edib

Azərbaycan Ermənistanla delimitasiya üzrə ikitərəfli komissiyaya Baş nazirin müavininin rəhbərlik etməsini təklif edib
# 10 may 2022 11:37 (UTC +04:00)

6 aprel tarixində Brüsseldə Azərbaycan Prezidenti, Ermənistan Baş naziri və Avropa İttifaqı Şurasının Prezidentinin iştirakı ilə keçirilən görüşdən sonra əldə olunan razılıqlardan biri də o idi ki, sərhədlərin delimitasiyası ilə bağlı komissiya yaradılacaq.

APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.

O bildirib ki, aprel ayının sonunadək ilk iclasın keçirilməsi planlaşdırılırdı.

“Onu qeyd edə bilərəm ki, görüş keçirməzdən öncə mənim Ermənistan xarici işlər naziri ilə iki dəfə telefon danışığım olub. Bu zaman biz komissiyanın tərkibi ilə bağlı təkliflərimizi vermişik. Məhz Ermənistan-Azərbaycan sərhədinin delimitasiya prosesinin digər qonşu ölkələrlə delimitasiya prosesindən bir sıra xüsusiyyətlərini, fərqləri nəzərə alaraq, təklifimiz ondan ibarət oldu ki, komissiya fərqli formatda təşkil edilməlidir. Daha yüksək səviyyədə ona rəhbərlik olmalıdır. Azərbaycan tərəfinin təklifi o idi ki, Azərbaycan tərəfdən komissiyaya rəhbərlik edən şəxs Baş nazirin müavini səviyyəsində olması idi. Hələ ilk telefon danışığımız zamanı Ermənistan xarici işlər naziri bunu anlaşıqlı qəbul etdi və dedi ki, bunu Ermənistanda müzakirə etmək üçün əlavə vaxt lazımdır. Daha sonra Ermənistan tərəfi bu təklifin onlar üçün də məqbul olduğunu qeyd etdi. Komissiyanın tərkibi barədə tərəflərin razılığı mövcuddur. Hələ ki ilk iclas keçirilməyib. Azərbaycan tərəfi hələ aprel ayında bu iclasın keçirilməsinə hazır idi. Biz yenə də hazırıq. Ermənistan tərəfi öz prosedurlarını yerinə yetirdikdən sonra belə bir iclası keçirmək mümkün olacaq”, - nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR