Azərbaycan icması Ermənistanın Niderlanddakı səfirliyi qarşısında piket keçirib - FOTO - VİDEO

Azərbaycan icması Ermənistanın Niderlanddakı səfirliyi qarşısında piket keçirib - FOTO  - VİDEO
# 07 oktyabr 2022 22:33 (UTC +04:00)

Azərbaycan icması Ermənistanın Niderland Krallığındakı səfirliyi qarşısında piket keçirib.

APA xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Ermənistanın törətdiyi son təxribatlara və apardığı təcavüzkar siyasətə etiraz məqsədilə baş tutan aksiyada Niderlandın müxtəlif şəhərlərində yaşayan soydaşlarımız iştirak ediblər.

Azərbaycan bayraqlarının dalğalandırıldığı piketdə aksiya iştirakçıları “Qarabağ Azərbaycandır!”, “Azərbaycan sülh istəyir!”, “Ermənistan faktları təhrif edir, dünya ictimaiyyətini aldadır!”, “Ermənistan, sülh müqaviləsini imzala!”, “Ermənistan, işğal siyasətini dayandır!”, “Ermənilərin basdırdıqları minalar mülki əhalini öldürür!”, “Ermənistan, bizim torpaqlarımızın minalanmasını dayandır!”, “Ermənistan, itkin düşmüş adamlarımızın taleyi barədə məlumatları Azərbaycana təqdim et!”, “Edilli qətliamının günahkarları cəzalandırılsın!” kimi şüarların əks olunduğu plakatları nümayiş etdiriblər.

Qeyd edək ki, Ermənistanın sentyabrın 12-13-də Azərbaycanla dövlət sərhədində törətdiyi təxribatlara etiraz əlaməti olaraq dünyanın 30-a yaxın ölkəsində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları tərəfindən müxtəlif aksiyalar keçirilib, nüfuzlu beynəlxalq təşkilatlara və dünya liderlərinə müraciət və bəyanatlar göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR