Azərbaycan İrandakı terror aktı ilə bağlı beynəlxalq mexanizmlərdən istifadə etməyi planlaşdırır

Azərbaycan İrandakı terror aktı ilə bağlı beynəlxalq mexanizmlərdən istifadə etməyi planlaşdırır
# 29 yanvar 2023 22:06 (UTC +04:00)

“Eyni zamanda, təbii ki, belə məsələlərin həll olunmasında dövlətlər arasında əməkdaşlıq həyata keçirilir”.

APA xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Xələf Xələfov bildirib ki, İranda Azərbaycan səfirliyinə silahlı hücumun, bu cinayətin açılması ilə əlaqədar Azərbaycan beynəlxalq mexanizmlərdən istifadə etməyi planlaşdırır: “Yaranmış şəraitdə Azərbaycan Prezidenti çətin də olsa, bu qərarı qəbul etdi ki, Tehrandakı səfirliyimiz təxliyə olunmalıdır. Əlbəttə, hər hansı ölkədə səfirliyin, diplomatik nümayəndəliyin fəaliyyətini dayandırması çox məsuliyyətli qərardır.

Amma siz bilməlisiniz ki, biz bunu İran tərəfinin də nəzərinə çatdırmışıq ki, bizim səfirliyimizin mühafizəsinin, səfirlikdə çalışan əməkdaşlarımızın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı İran tərəfinə etibarımız, etimadımız və inamımız yoxdur. Nə üçün bunu deyirik? Çünki dəfələrlə biz İran tərəfinin nəzərinə çatdırmışdıq ki, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə qarşı İran ərazisində təhdidlər var. İran tərəfindən tələb etmişdik ki, mühafizə, təhlükəsizlik tədbirlərini artırsınlar. Baş verən hadisə onu göstərir ki, İran buna etinasız, məsuliyyətsiz yanaşmış və nəticədə bu terror aktı baş verib”.

Firuzə Vahid

Sail Ağasəlim

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR