Monqolustanın Prezidenti Uxnaaqiyn Xürelsüx Prezident İlham Əliyevi ölkəsinə səfərə dəvət edib.
APA xəbər verir ki, bu barədə Monqolustan dövlət başçısının Azərbaycan Prezidentinə məktubunda bildirilib.
“Sizə münasib olan vaxtda Zati-alinizi Monqolustana səfərə dəvət etmək istəyirəm”, - məktubda vurğulanıb.