Azərbaycan-Rusiya sərhədində daha 10 sərhəd nişanı quraşdırılıb, 1 sərhəd nişanı demontaj olunub

Azərbaycan-Rusiya sərhədində daha 10 sərhəd nişanı quraşdırılıb, 1 sərhəd nişanı demontaj olunub
# 17 mart 2023 11:28 (UTC +04:00)

Ötən il “Demarkasiya işçi qruplarının 2022-ci il üzrə birgə səhra çıxış planı”na əsasən dövlət sərhədinin 38-43-cü delimitasiya nöqtələri arasında Rusiya tərəfi ilə birgə sərhəd xətti dəqiqləşdirilib.

APA xəbər verir ki, bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.

Sənəddə qeyd edilib ki, ərazidə 10 sərhəd nişanı quraşdırılıb, 1 sərhəd nişanı demontaj olunub.

Bundan başqa, 1 sərhəd nişanın yeri dəyişdirilib. Bununla da Rusiya və Azərbaycan arasında sərhəd nişanların sayı 187-ə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR