Azərbaycan, Rusiya və Ermənistan Baş prokurorları Minskdə görüşəcək

Azərbaycan, Rusiya və Ermənistan Baş prokurorları Minskdə görüşəcək
# 24 iyun 2022 10:37 (UTC +04:00)

Ermənistan Baş prokuroru Artur Davtyan Belarusa səfəri zamanı Azərbaycanın və Rusiyanın Baş prokurorları ilə görüşəcək.

APA xəbər verir ki, bu barədə Rusiya Baş Prokurorluğu məlumat yayıb.

Bu gün Minskdə MDB Baş prokurorlarının Koordinasiya Şurasının 32-ci iclası keçiriləcək.

Baş prokurorların əldə olunmuş razılaşmaların reallaşdırılmasını müzakirə edəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR