Azərbaycan səfiri Elnur Sultanov Latviya Xarici İşlər Nazirliyinin parlament katibi Qunda Reire ilə görüşüb.
APA xəbər verir ki, bu barədə Latviya Xarici İşlər Nazirliyinin "Facebook" hesabında məlumat verilib.
"Görüşdə ikitərəfli dialoqun uğurlu inkişafı yüksək qiymətləndirilib və Qarabağdakı mövcud vəziyyəti müzakirə edilib", - Latviya XİN bildirib.