Azərbaycan səfiri Lüksemburq parlamentinin sədri ilə görüşüb

Azərbaycan səfiri Lüksemburq parlamentinin sədri ilə görüşüb
# 24 noyabr 2022 13:17 (UTC +04:00)

Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri, Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri Vaqif Sadıqov Lüksemburq parlamentinin sədri Fernand Etgenlə görüşüb.

APA xəbər verir ki, azərbaycanlı diplomat bu barədə "Twitter"də paylaşım edib.

“Azərbaycan-Lüksemburq münasibətlərinin bu günü və gələcəyi, xalqlarımız arasında əməkdaşlığın dəstəklənməsi üçün parlamentarilərin mühüm rolu barədə səmərəli və açıq fikir mübadiləsi aparmaqdan məmnun oldum”, - Azərbaycan səfiri vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR