Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bu ölkənin xarici işlər naziri Cəlil Abbas Cilani ilə görüşüb.
APA xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"İkitərəfli münasibətlərin bütün spektrləri üzrə müzakirə aparılıb. Onlar Pakistan və Azərbaycan əlaqələrinin müsbət trayektoriyasını qeyd ediblər və ticarət, əlaqələnmə və xalqlararası əlaqələrə diqqət yetirməklə münasibətlərin daha da möhkəmləndirmək əzmini vurğulayıblar", məlumatda qeyd olunub.