Azərbaycan-Türkiyə əməkdaşlığı müzakirə edilib

Azərbaycan-Türkiyə əməkdaşlığı müzakirə edilib
# 06 may 2022 21:00 (UTC +04:00)

Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov Tükiyənin vitse-prezidenti Fuat Oktayla görüşüb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə səfirlikdən bildirilib.

Görüş zamanı Azərbaycan və Türkiyə arasında iqtisadi, kommersiya, texnologiya və digər sahələrdə mövcud əməkdaşlıq və yeni imkanlar müzakirə edilib.

Bundan əlavə, Şuşa bəyannaməsindən sonra ikitərəfli münasibətlərin ən yüksək səviyyəyə çatdığı vurğulanıb.

Tərəflər həmçinin Azərbaycan-Türkiyə Birgə İqtisadi Komissiyasının fəaliyyəti və həyata keçirilməsi nəzərdə tutulan işləri nəzərdən keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR