Azərbaycanla Türkiyə arasında Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında əməkdaşlıq sazişi imzalanıb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, imza mərasimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri çərçivəsində baş tutub.
Sənədə Azərbaycanın dövlət şəhərsalma və arxitektura komitəsinin sədri Anar Quliyev və Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki imza atıblar.