Azərbaycan-Türkiyə-Özbəkistan I üçtərəfli görüşündə Daşkənd Bəyannaməsi imzalanıb - YENİLƏNİB

Azərbaycan-Türkiyə-Özbəkistan I üçtərəfli görüşündə Daşkənd Bəyannaməsi imzalanıb - YENİLƏNİB
# 02 avqust 2022 12:29 (UTC +04:00)

Azərbaycan, Türkiyə və Özbəkistan nazirlərinin I üçtərəfli görüşünün yekununda Daşkənd Bəyannaməsi imzalanıb.

APA xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O qeyd edib ki, Daşkənd Bəyannaməsi türk dünyasının rifahını artıracaq və münasibətləri gücləndirəcək, eyni zamanda, bu mexanizm çərçivəsində konkret layihələr ərsəyə gələcək.

***

11:26

Daşkənddə Azərbaycan, Türkiyə və Özbəkistan Respublikası xarici işlər, ticarət/iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşü keçirilir.

APA xəbər verir ki, bu barədə Özbəkistan XİN məlumat yayıb.

Üçtərəfli görüşdə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev təmsil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR