Azərbaycan və Əlcəzair arasında biznes məsləhətləşmələri aparılacaq

Azərbaycan və Əlcəzair arasında biznes məsləhətləşmələri aparılacaq
# 10 avqust 2022 12:43 (UTC +04:00)

“Bu gün imzalanan sənədlər aktiv əməkdaşlığı növbəti mərhələyə çıxaracaq”.

APA-nın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən mətbuat konfransında Əlcəzair Xalq Demokratik Respublikasının xarici işlər və xaricdəki milli icma naziri, Əlcəzair Prezidentinin xüsusi nümayəndəsi Ramtan Lamamra bildirib.

Ramtan Lamamra deyib ki, Azərbaycan və Əlcəzair arasında biznes məsləhətləşmələri aparılacaq: “Bu məsləhətləşmələrin iqtisadi əlaqələrin inkişafına təkan verəcəyinə inanırıq. Bu da hər iki ölkənin xalqlarının maraqlarına uyğundur”.

XİN başçısı qeyd edib ki, Azərbaycanın mətbuat nümayəndələrini də ölkələrinə dəvət edir: “Hər iki ölkənin siyasi iradəsi daha yüksək səviyyədə səfərlərin təşkilinə təkan verəcək. Bu da daha geniş müstəvidə əməkdaşlığa təkan verəcək. Bu aspektdə dostluq assosiasiyaları da yarana bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR