Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşəcək

Ceyhun Bayramov, Mirzoyan

© APA | Ceyhun Bayramov, Mirzoyan

# 14 sentyabr 2022 18:54 (UTC +04:00)

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan sülh müqaviləsini müzakirə etmək üçün sentyabrın sonuna qədər görüşəcək.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ararat Mirzoyan parlamentdə çıxışı zamanı bildirib.

“Demarkasiya prosesinə start verilib, paralel olaraq sülh müqaviləsinin müzakirə olunduğu görüşlər keçirilib”, - o qeyd edib.

Erməni nazir görüşün yerini açıqlamayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR