Azərbaycan və Ermənistandan olan ekspertlər Moskvada görüşüb

Azərbaycan və Ermənistandan olan ekspertlər Moskvada görüşüb
# 15 iyul 2022 18:47 (UTC +04:00)

İyulun 15-də Rusiyanın paytaxtı Moskva şəhərində Ermənistan və Azərbaycandan olan politoloq-ekspertlərin görüşü keçirilib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzindən (BMTM) APA-ya verilən xəbərə görə, görüş Rusiya Beynəlxalq Əlaqələr Şurası və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun təşkilatçılığı ilə baş tutub.

Görüşü Azərbaycan tərəfdən BMTM, Ermənistan tərəfdən "Orbeli" Təhlil Mərkəzi əlaqələndirib.

Görüşdə Ermənistanla Azərbaycan arasında sülh sazişi, delimitasiya, nəqliyyat dəhlizləri və humanitar məsələlər müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR