Azərbaycan və Gürcüstan sərhədlərinin delimitasiyası üzrə komissiyanın növbəti iclasının vaxtı açıqlanıb

Azərbaycan və Gürcüstan sərhədlərinin delimitasiyası üzrə komissiyanın növbəti iclasının vaxtı açıqlanıb
# 21 avqust 2019 17:29 (UTC +04:00)

"Gürcüstan və Azərbaycan sərhədlərinin delimitasiya və demarkasiyası üzrə komissiyanın ekspert qrupları dövlət sərhədinin razılaşdırılmamış hissələrində birgə işlərini davam etdirir".

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Bəyanata görə, avqustun 20-də Vaxtangisi kəndi və "Keşikçidağ" məbəd kompleksinin yaxınlığındakı ərazilərə baxış keçirilib.

“Ekspertlər bu ərazilər üzrə iki ölkənin komissiyalarının mövqelərini müzakirə və fikirlərini təqdim ediblər. Görülən işlərin nəticələrinə baxılması üçün komissiyanın sədrlərinə məlumat veriləcək. Ekspertlərin əraziyə baxışı üzrə birinci mərhələnin avqustun 23-dək davam etməsi gözlənilir, bundan sonra qalan bölmələrə baxış üçün ikinci mərhələsinin ən qısa müddətdə planlaşdırılması nəzərdə tutulub. Daha sonra Tbilisidə, ehtimal ki, sentyabr ayında komissiya iclası planlaşdırılır ”, - deyə nazirlikdən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR