Azərbaycan və Rusiya xarici işlər nazirləri “3+3” formatını müzakirə edib

Azərbaycan və Rusiya xarici işlər nazirləri “3+3” formatını müzakirə edib
# 05 dekabr 2022 15:20 (UTC +04:00)

Azərbaycan və Rusiya xarici işlər nazirlərinin görüşəndə “3+3” əməkdaşlıq formatı müzakirə olunub.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı ilə görüşünün yekunlarına dair birgə mətbuat konfransında bildirib.

Lavrov Cənubi Qafqazda “3+3” əməkdaşlıq formatının bugünkü görüşdə müzakirə olunduğunu, artıq bu formatda bir dəfə görüşün keçirildiyini qeyd edib.

Rusiya XİN başçısı qeyd edib ki, bu formatda növbəti görüşün keçirilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR