Azərbaycan və Türkiyə XİN başçıları Polşada görüşüb - YENİLƏNİB-1 - FOTO

Azərbaycan və Türkiyə XİN başçıları Polşada görüşüb - YENİLƏNİB-1   - FOTO
# 01 dekabr 2022 09:05 (UTC +04:00)

30 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Polşada keçirilən 29-ci iclası çərçivəsində Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşüb.

APA xəbər verir ki, bu barədə XİN-dən məlumat verilib.

Xarici işlər nazirləri Azərbaycanla Türkiyə arasında ikitərəfli və regional əməkdaşlıq gündəliyinin aktual məsələlərini müzakirə ediblər.

Nazirlər, həmçinin ATƏT-in Nazirlər Şurasının 29-cu iclasında və çoxtərəfli platformalarda əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

***

30.11.2022

Saat 22:51

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

APA xəbər verir ki, nazir bu barədə “Twitter” hesabında paylaşım edib.

“Qardaş Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu iclası çərçivəsində görüşdük. Ölkələrimiz arasında gündəlikdə duran məsələlər və gələcək addımlarımızı müzakirə etdik. Hər zaman bir yerdə, “Bir Millət, İki Dövlət Azərbaycan-Türkiyə”,-deyə paylaşımda qeyd edilib.

***

Saat 15:02

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək.

APA-nın İstanbul müxbir xəbər verir ki, türkiyəli nazir bu barədə jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, görüş Polşada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 29-cu iclası çərçivəsində baş tutacaq.

Xatırladaq ki, bu gün Ceyhun Bayramov Polşaya işgüzar səfərə yola düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR