Azərbaycan və Türkiyə XİN rəhbərləri ikitərəfli və regional əməkdaşlığı müzakirə ediblər - YENİLƏNİB

Azərbaycan və Türkiyə XİN rəhbərləri ikitərəfli və regional əməkdaşlığı müzakirə ediblər - YENİLƏNİB
# 28 noyabr 2022 22:21 (UTC +04:00)

28 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlüd Çavuşoğlu arasında telefon danışığı baş tutub.

APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.

Nazirlər Azərbaycanla Türkiyə arasında ikitərəfli və regional əməkdaşlıq gündəliyinin aktual məsələləri barədə fikir mübadiləsi aparıblar. Bununla yanaşı, çoxtərəfli platformalar çərçivəsində tədbirlər üzrə ölkələrimiz arasında əlaqələndirmə məsələləri müzakirə olunub.

***

Saat 19:16

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.

Bu barədə APA-nın İstanbul müxbirinə Türkiyə XİN-dən bildirilib.

Qeyd olunub ki, danışıq zamanı Türkiyə-Azərbaycan-Türkmənistan liderlərinin Zirvə toplantısına hazırlıq müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR