Azərbaycan və Türkiyə XİN rəhbərləri üçtərəfli bəyanatların icrasını müzakirə edib

Azərbaycan və Türkiyə XİN rəhbərləri üçtərəfli bəyanatların icrasını müzakirə edib
# 08 dekabr 2021 12:53 (UTC +04:00)

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu ilə telefon danışığı baş tutub.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən APA-ya verilən xəbərə görə, nazirlər bölgədə mövcud olan son vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Bölgə ölkələrinin iştirakı ilə "3+3" formatında əməkdaşlıq platformasının həyata keçirilməsi üzrə fikir mübadiləsi aparılıb.

Nazirlər, həmçinin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirlərinin Pakistanda keçirilməsi nəzərdə tutulan növbədənkənar görüşü ilə bağlı fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı tərəflər, qarşılılıq maraq doğuran digər məsələlər də müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR