Azərbaycan XİN Yaponiyanın yeni Xarici İşlər nazirini təbrik edib

Azərbaycan XİN Yaponiyanın yeni Xarici İşlər nazirini təbrik edib
# 12 sentyabr 2019 18:03 (UTC +04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Toşimitsu Moteqini Yaponiyanın Xarici İşlər naziri təyin olunması münasibətilə təbrik edib.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan XİN-in rəsmi "Twitter" səhifəsində bildirilib.

“Toşimitsu Moteqini Yaponiyanın Xarici İşlər naziri təyin olunması münasibətilə ürəkdən təbrik edirik. Azərbaycan və Yaponiya arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi üçün onunla çalışmağı səbirsizliklə gözləyirik”, - qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR