Azərbaycan XİN: Ceyhun Bayramov və Mirzoyan sülh müqaviləsini müzakirə edəcək - YENİLƏNİB - VİDEO

Ceyhun Bayramov, Ararat Mirzoyan

© APA | Ceyhun Bayramov, Ararat Mirzoyan

# 30 sentyabr 2022 11:13 (UTC +04:00)

Oktyabrın 2-də Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Cenevrədə ikitərəfli görüşü keçiriləcək.

Bu barədə XİN-dən APA-nın sorğusuna cavab olaraq bildirilib.

“Məlum olduğu kimi, iki dövlətin liderlərinin bu ilin 31 avqust tarixli Brüssel görüşü razılaşmasına uyğun olaraq, Azərbaycan tərəfindən sülh müqaviləsi üzrə danışıqların aparılması üçün xarici işlər nazirlərinin görüşünə dair təkliflər verilmişdi. Bununla əlaqədar olaraq bildirmək istərdik ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 2 oktyabr 2022-ci il tarixində Cenevrədə ikitərəfli görüşünün keçirilməsi nəzərdə tutulur”, - məlumatda deyilir.

***

10:02

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və onun erməni həmkarı Ararat Mirzoyan İsveçrənin paytaxtı Cenevrədə görüşəcək.

APA xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Vahan Unanyan "Twitter"də bildirib.

Onun sözlərinə görə, görüş bazar günü - oktyabrın 2-də baş tutacaq.

Qeyd edək ki, bundan əvvəl iki nazir ABŞ dövlət katibi Entoni Blinkenin təşəbbüsü ilə sentyabrın 20-də Nyu-Yorkda bir araya gəlmişdi. Həmin görüşdə ABŞ tərəfi nazirlərin yaxın günlərdə daha bir görüşünün keçirilməsi təklifi ilə çıxış etmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR