Azərbaycan XİN Əfqanıstana başsağlığı verib

Azərbaycan XİN Əfqanıstana başsağlığı verib
# 22 iyun 2022 14:11 (UTC +04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Əfqanıstanda zəlzələ ilə bağlı başsağlığı verib.

APA-nın xəbərinə görə, XİN bu barədə “Twitter” hesabında paylaşım edib.

“Əfqanıstandakı dağıdıcı zəlzələ nəticəsində faciəli insan itkisi və dağıntılar bizi dərindən kədərləndirir. Bu faciədə həyatını itirənlərin ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik”, - qeyd olunub.

Qeyd edək ki, Əfqanıstanın Paktika vilayətində baş vermiş 6.1 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 950-ni ötüb. Rəsmilər təbii fəlakət nəticəsində 600 nəfərin yaralandığını bildirirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR