Azərbaycan XİN Ermənistanın saxtakarlığına dair faktları açıqlayıb - FOTO

Azərbaycan XİN Ermənistanın saxtakarlığına dair faktları açıqlayıb - FOTO
# 30 may 2023 01:33 (UTC +04:00)

Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistanın növbəti aqressiv ritorikası və saxtakarlığına dair faktları açıqlayıb.

APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviterdə paylaşım edib.

“Ermənistan rəhbərliyinin növbəti aqressiv ritorikası və saxtakarlığı:

İkinci Dünya Müharibəsinə həsr olunmuş bütün barelyefləri silərək abidəni dağıdan, Laçının işğalı ilə bağlı yazıları yazıb və 1992-ci ilin mayında həmin abidəni yandıran erməni terrorçularının siyahısını yazan da məhz Ermənistandır.”, - Ayxan Hacızadə qeyd edib.

O Ermənistan parlamentinin sədri Alen Simonyanın paylaşımına da reaksiya verib.

“Ermənistan parlamentinin spikeri və Baş nazirin yaxın adamı (Azərbaycanın suverenliyini və bütövlüyünü tanıyan Baş nazir) Azərbaycanın qədim şəhəri olan Laçını “Berdzor” adlandıraraq, Azərbaycanın suverenliyinə növbəti hücumu həyata keçirir”, - deyə Ayxan Hacızadə bildirib.

“Ermənistan liderləri yalançı ritorikaya son qoymalı və Azərbaycanın suverenliyinə hörmət etməlidirlər!”, - A.Hacızadə qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR