Azərbaycan XİN İrana başsağlığı verib

Azərbaycan XİN İrana başsağlığı verib
# 08 iyun 2022 12:10 (UTC +04:00)

İranda sərnişin qatarının relsdən çıxması nəticəsində insan ölümü ilə nəticələnən qəza xəbəri bizi çox kədərləndirdi.

APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində bildirilib.

“Qəza nəticəsində həlak olanların yaxınlarına və ailələrinə, İran xalqına dərin hüznlə başsağlığı verir, yaralılara Allahdan şəfa diləyirik”, - qeyd olunub.

Qeyd edək ki, Məşhəd-Yəzd istiqamətində hərəkət edən qatarın qəzaya uğraması nəticəsində 17 nəfər ölüb, 50 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR