Azərbaycan XİN İsrailə başsağlığı verib

Azərbaycan XİN İsrailə başsağlığı verib
# 23 noyabr 2022 17:05 (UTC +04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsraildə baş verən terror aktı ilə bağlı başsağlığı verib.

APA xəbər verir ki, bu barədə Azərbaycan XİN “Twitter”də paylaşım edib.

“Qurbanın yaxınlarına başsağlığı verir və yaralıların tezliklə sağalmasını diləyirik. Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir”, - XİN-dən bildirilib.

Xatırladaq ki, bu gün Yerusəlim şəhərində törədilən terror aktı zamanı 1 nəfər ölüb, 22 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR