Azərbaycan XİN matəm günü ilə əlaqədar Qazaxıstana başsağlığı verib

Xarici İşlər Nazirliyi

© APA | Xarici İşlər Nazirliyi

# 10 yanvar 2022 09:15 (UTC +04:00)

Azərbaycanın Xarici İşlər Nazirliyi Qazaxıstana başsağlığı verib.

APA-nın xəbərinə görə, nazirliyin “Twitter” səhifəsində paylaşılan başsağlığında bildirilir:

“10 Yanvar - Qazaxıstanda Ümummilli Matəm Günü ilə əlaqədar, faciəvi hadisələrdə ölkənin bir sıra bölgələrində həyatlarını itirən insanların ailələrinə və yaxınlarına, qardaş qazax xalqına başsağlığı bildiririk. Qazaxıstana sülh, sabitlik, əmin-amanlıq və rifah arzulayırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR