Azərbaycan XİN Türkiyəyə başsağlığı verib

Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
# 05 fevral 2023 17:37 (UTC +04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyədə avtobus qəzasında həlak olanlarla bağlı başsağlığı verib.

APA-nın xəbərinə görə, XİN bununla bağlı “Tvitter”-də paylaşım edib.

“Qardaş Türkiyənin Diyarbəkir vilayətindən Bodruma gedən sərnişin avtobusunun qəzasında 8 nəfərin həlak olması, 35 nəfərin yaralanması xəbəri bizi kədərləndirdi. Allahdan həlak olanlara rəhmət, yaralananlara şəfa diləyirik. Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır”, - deyə başsağlığında bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR