Azərbaycanda səfərdə olan ABŞ-ın briqada generalı Şəhidlər Xiyabanını ziyarət edib

Azərbaycanda səfərdə olan ABŞ-ın briqada generalı Şəhidlər Xiyabanını ziyarət edib
# 14 mart 2023 18:09 (UTC +04:00)

Azərbaycanda səfərdə olan ABŞ-ın Avropa Komandanlığının planlaşdırma, strategiya və imkanlar üzrə direktor müavini, briqada generalı Edvard Voqan Şəhidlər Xiyabanını ziyarət edib.

APA xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin "Twitter" hesabında məlumat verilib.

"Briqada generalı Voqan Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərin xatirəsinə ehtiramını bildirib. O, münaqişə nəticəsində yaxınlarını itirən ailə və dostlara başsağlığı verib", paylaşımda qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR