Azərbaycandakı Fransa vətəndaşlarının əksəriyyəti Makrona səs verib

Emmanuel Makron

© APA | Emmanuel Makron

# 29 aprel 2022 13:15 (UTC +04:00)

Azərbaycandakı Fransa vətəndaşlarının 67.02 %-i Emmanuel Makrona səs verib.

APA xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Zakari Qross "Twitter"də bildirib.

Diplomat qeyd edib ki, səfirliyin səsvermə siyahısında qeydə alınmış 191 Fransa vətəndaşından 108-i səsvermədə iştirak edib.
Onun sözlərinə görə, səsvermədə iştirak edən Fransa vətəndaşlarınından 67,02 %-i Emmanuel Makrona 32,98%-i Marine Le Penə səs verib.

Xatırladaq ki, aprelin 24-də Fransada prezident seçkilərinin ikinci mərhələsi keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR