Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib - FOTO - YENİLƏNİB

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib - FOTO  - YENİLƏNİB
# 09 iyun 2023 18:11 (UTC +04:00)

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib.

APA xəbər verir ki, humanitar yardım bu gün Heydər Əliyev Beynəlxalq Aeroportundan yola salınıb.

Qeyd edək ki, humanitar yardım Ukrayna tərəfindən daxil olmuş müraciət nəzərə alaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə göndərilib.

***

16:19

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilir.

APA xəbər verir ki, humanitar yardım bu gün Heydər Əliyev Beynəlxalq Aeroportundan yola salınır.

Qeyd edək ki, Ukraynadakı Kaxovka SES-in bəndinin dağıdılması ilə əlaqədar yaşanan fəlakətdən zərər çəkən bölgəyə yardım məqsədilə ölkəmizdən Ukraynaya su nasosları, müxtəlif borular, xilasedici gödəkçələr və digər ləvazimatlar göndərilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR