Azərbaycanın Britaniyadakı səfiri: Diplomatik missiyalara edilən hücumlar qəbuledilməzdir

Azərbaycanın Britaniyadakı səfiri: Diplomatik missiyalara edilən hücumlar qəbuledilməzdir
# 27 yanvar 2023 13:51 (UTC +04:00)

Diplomatik missiyalara edilən hücumlar qəbuledilməzdir.

Bunu APA-nın London müxbirinə Azərbaycanın Britaniyadakı səfiri Elin Süleymanov deyib.

O, səfirliyə hücum nəticəsində həyatını itirən Orxan Əsgərovun ailəsinə başsağlığı verib: “Biz son illərdə xarici ölkələrdəki Azərbaycanın diplomatik missiyalarına bir tərəfdən erməni radikalların, digər tərəfdən müxtəlif ekstremist qrupların nümayəndələrinin iştirak etdiyi hücumların şahidi oluruq. Bu yalnız Azərbaycan diplomatik missiyalarına qarşı hücumlar deyil, eyni zamanda, Azərbaycanın dünyada proqressiv cəmiyyətin rəmzi olmasına, onun inkişafına olan hücumlardır”.

Səfir qeyd edib ki, dünyanın proqressiv gələcəyini düşünən qüvvələr Azərbaycanın yanında durmalıdır.

Qeyd edək ki, ötən il Azərbaycanın Londondakı Səfirliyinə radikal dini dəstə hücum etmişdi. Səfirliyin binasına daxil olan şəxslər səfirlik binasına zərər yetirmiş, yerli polisin müdaxiləsindən sonra binadan çıxarılmışdılar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR