Azərbaycanın diplomatik təmsilçiliklərinin sayı 89-a çatıb

Azərbaycanın diplomatik təmsilçiliklərinin sayı 89-a çatıb
# 27 dekabr 2022 15:26 (UTC +04:00)

“2022-ci il Azərbaycanın dünya ölkələrində təmsilçiliyinin genişlənməsi baxımından önəmli il olub”.

APA xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında deyib.

Nazir xatırladıb ki, Azərbaycanın İsraildə və Albaniyada yeni səfirlikləri təsis edilib.

“Bundan öncəki ildə qəbul edilmiş qərarlara uyğun olaraq, Azərbaycanın ilk dəfə Vatikanda, Bosniya və Herseqovinada səfirləri təyin olunub. Bu il açılan səfirliklər və konsulluqlar nəzərə alınmaqla, xaricdə Azərbaycanın diplomatik təmsilçiliklərinin sayı 89-a çatıb”, - nazir qeyd edib.

Nazir vurğulayıb ki, bu il ərzində Afrika qitəsindəki ölkələrlə əməkdaşlıq əlaqələrinin güclənməsinə xüsusi önəm verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR