Azərbaycanın İrandakı səfiri: "Bu acımasız terror aktını törədənlərin tam cəzalandırılmasını tələb edirik"

Əli Əlizadə

© APA | Əli Əlizadə

# 27 yanvar 2023 15:04 (UTC +04:00)

Azərbaycanın İrandakı səfiri Əli Əlizadə səfirliyə edilən hücumla bağlı məlumat yayıb.

APA xəbər verir ki, Əli Əlizadə səfirliyə edilən hücum nəticəsində səfirliyin əməkdaşı Orxan Əsgərov mühafizəni təmin edərkən qətlə yetirildiyini, 2 əməkdaşın yaralandığını bildirib.

“Bu acını böyük təəssüf və kədər hissi ilə bölüşür, Orxan Əsgərovun ailə üzvləri və əzizlərinə öz adımdan və Səfirliyimizin əməkdaşları adından dərin hüznlə başsağlığı verir, Allahdan ona rəhmət, yaralılarımıza isə tezliklə şəfa diləyirəm.

Bu acımasız terror aktını qətiyyətlə pisləyir və törədənlərin tam cəzalandırılmasını tələb edirik. Diplomatik nümayəndəliklər toxunulmazdır və onların mühafizəsi qəbul edən dövlət tərəfindən tam təmin olunmalıdır!”, - səfir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR