Azərbaycanın Londondakı səfirliyində dövlət bayrağı bərpa edilib - VİDEO

Azərbaycanın Londondakı səfirliyində dövlət bayrağı bərpa edilib  - VİDEO
# 05 avqust 2022 00:32 (UTC +04:00)

Azərbaycanın Londondakı səfirliyində dövlət bayrağı bərpa edilib.

APA-nın Britaniya bürosu xəbər verir ki, artıq səfirlik də öz fəaliyyətini bərpa edib.

Qeyd edək ki, bu gün bir qrup radikal dini dəstə Azərbaycanın Londondakı səfirliyinə hücum edərək binanın eyvanında öz bayraqlarını dalğalandırıb, Azərbaycanın dövlət bayrağını endiriblər.

Xatırladaq ki, ki, Britaniya KİV Azərbaycanın Londondakı səfirliyinə "The Mahdi Servants Union" radikal dini qruplaşmasının üzvlərinin hücum etdiyinə dair xəbər yayıb. London polisinin verdiyi xəbərə görə, hadisə ilə bağlı 8 nəfər saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR