Azərbaycanın Londondakı səfirliyinə hücuma görə 8 nəfər saxlanılıb - VİDEO

Azərbaycanın Londondakı səfirliyinə hücuma görə 8 nəfər saxlanılıb - VİDEO
# 04 avqust 2022 23:54 (UTC +04:00)

Azərbaycanın Londondaki səfirliyinə hücumla bağlı 8 nəfər saxlanılıb.

APA-nın Britaniya bürosu bu barədə London polisinə istinadən xəbər verir.

Bildirilib ki, hadisə zamanı xəsarət alan olmayıb, faktla bağlı araşdırma davam edir.

London polisinin sözçüsü bildirib ki, onlar yerli vaxtla saat 16:30 radələrində bir qrup etirazçının səfirlik binasına daxil olması barədə məlumat aldıqdan sonra hadisə yerinə gediblər. 8 nəfər səfirlik binasına qanunsuz daxil olmaqda və binaya zərər vurmaqda şübhəli bilinərək saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR