Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Nəsir Məmmədov Ərbildə İraq Kürdüstan regionunun Prezidenti Neçirvan Bərzani ilə görüşüb.
APA xəbər verir ki, Nəsir Məmmədov bu barədə Tvitter paylaşımında bildirib.
O, tərəflərin Azərbaycanla İraq Kürdüstan regionu arasında əlaqələrin gücləndirilməsi yollarını, daha yaxın siyasi və iqtisadi əlaqələrin yaradılmasını müzakirə etdiklərini qeyd edib.