Azərbaycanın NATO-dakı Nümayəndəsi ispaniyalı həmkarı ilə görüşüb

Azərbaycanın NATO-dakı Nümayəndəsi ispaniyalı həmkarı ilə görüşüb
# 02 fevral 2023 15:31 (UTC +04:00)

Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə İspaniyanın hərbi alyansdakı səfiri Federiko Torres Muro ilə görüşüb.

APA xəbər verir ki, bununla bağlı azərbaycanlı diplomat "Twitter"də paylaşım edib.

"Biz Azərbaycanın beynəlxalq sülhə və təhlükəsizliyə, enerji təhlükəsizliyinə verdiyi töhfə, həmçinin Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, Azərbaycan və İspaniya arasında ikitərəfli münasibətlər və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında yaxşı müzakirəmiz oldu", - o qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR