Azərbaycanın Pakistandakı səfiri Prezident İlham Əliyevin dəvət məktubunu bu ölkənin prezidentinə təqdim edib

Azərbaycanın Pakistandakı səfiri Prezident İlham Əliyevin dəvət məktubunu bu ölkənin prezidentinə təqdim edib
# 25 iyun 2019 18:47 (UTC +04:00)

Azərbaycanın Pakistandakı səfiri Azərbaycana səfər etməsi üçün Prezident İlham Əliyevin dəvət məktubunu Pakistan prezidentinə təqdim edib.

APA-nın DND agentliyinə istinadən verdiyi xəbərə görə, səfir Əli Əlizadə Pakistan prezidenti Arif Alvi ilə görüşüb. Arif Alvi dəvət üçün Azərbaycan Prezidentinə minnətdarlıq edərək bildirib ki, ölkəsi Azərbaycanla dostluq əlaqələrinə yüksək qiymət verir. Pakistan prezidentinin fikrincə, iki ölkə arasında mövcud olan qarşılıqlı əlaqələr ortaq din, mədəniyyət və irsə əsaslanır.

Azərbaycanın Kəşmir məsələsində dəstəyini yüksək qiymətləndirən prezident Arif Alvi bildirib ki, Pakistan hər iki xalqın rifahı üçün mövcud olan yüksək ikitərəfli əlaqələri daha da möhkəmləndirməkdə maraqlıdır.

Pakistan prezidenti ikitərəfli iqtisadi əməkdaşlığın hazırkı vəziyyətinin real ticarət potensialını əks etdirmədiyini qeyd edərək iki ölkə arasında ticarət dövriyyəsinin artırılmasının vacibliyini, energetika və turizm sahələri üçün investisiya imkanlarının araşdırılması lazım olduğunu vurğulayıb.

Pakistan iqtisadiyyatının müxtəlif sahələrində əlverişli sahibkarlıq mühitinin olduğunu bildirən azərbaycanlı diplomat bu sahədə Pakistanın dövlət siyasətinin yüksək qiymətləndirdiyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR