​​​​​​​Azərbaycanın Rusiyadakı səfirliyində 20 Yanvar şəhidləri anılıb - FOTO

​​​​​​​Azərbaycanın Rusiyadakı səfirliyində 20 Yanvar şəhidləri anılıb - FOTO
# 20 yanvar 2022 14:11 (UTC +04:00)

Azərbaycanın Rusiyadakı səfirliyində 20 Yanvar şəhidlərinin anma mərasimi keçirilib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, səfirliyin, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşları, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin üzvləri və diaspor nümayəndələri səfirliyin Qonaq Evində Heydər Əliyevin barelyefi önünə gül dəstələri qoyublar.

Səfir Polad Bülbüloğlu çıxış edərək bu kütləvi cinayətin səbəbkarının sovet rəhbərliyi və onun əmrini icra edən sovet ordusu olduğunu bildirib. Tanınmış dövlət xadimlərindən Sovet İttifaqının rəhbərliyini törətdiyi cinayətə görə ilk dəfə ittiham edən ümummilli lider Heydər Əliyev olub: “Heydər Əliyev hazırda səfirliyimizin yerləşdiyi binaya gələrək burada xarici kütləvi informasiya vasitələri üçün mətbuat konfransı keçirib və ilk dəfə bu faciəvi hadisəyə siyasi qiymət verib. O, səfirliyin binasındakı öz cəsarətli çıxışı ilə Azərbaycan xalqının yaddaşında əbədi qalıb. Gənclər o qədər də yaxşı bilmir, amma o dövrdə Sovet repressiv maşınının qabağına çıxmaq, öz fikrini söyləmək görünməyən bir qəhrəmanlıq idi”.

Rusiyada yaşayan azərbaycanlılar, Moskva sakinləri də səfirlik binası önünə gələrək 20 Yanvar faciəsini şəhidlərinin xatirəsini yad edib, səfirliyin binası qarşısına gül dəstələri qoyublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR