Azərbaycanla 27 ölkə arasında 150 sənəd imzalanıb

Azərbaycanla 27 ölkə arasında 150 sənəd imzalanıb
# 29 dekabr 2022 18:40 (UTC +04:00)

Bu il çoxtərəfli və ikitərəfli əsasda hüquqi sənədlərin imzalanması istiqamətində iş aparılıb.

APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin ilin yekunlarına dair yaydığı məlumatda qeyd olunub.

Qeyd olunub ki, 2022-ci il ərzində müvafiq prosedurlara uğun olaraq, Azərbaycan–İran–Rusiya arasında 1 sənəd, Azərbaycan–Türkiyə–Türkmənistan arasında 6 sənəd, Azərbaycan–Gürcüstan–Rumıniya–Macarıstan arasında 1 sənəd imzalanıb. Bununla yanaşı, 27 ölkə ilə ümumilikdə 150 sənədin imzalanması təmin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR